İran: ABŞ-ın İraqa hücumu terrorizmin açıq aşkar örnəyidir

İran: ABŞ-ın İraqa hücumu terrorizmin açıq aşkar örnəyidir

Abbas Musəvi ABŞ-ın İraqı bombalamasına münasibət bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, İran Xarici İşlər nazirliyinin sözcüsü Abbas Musəvi ABŞ-ın İraqın qərbindəki Haşdi Şabinin hərbi bazalarına hücum etməsinə etiraz edib.

“ABŞ-ın İraq torpaqları və güclərinə qarşı hücumu terrorizmin açıq bir örnəyidir. Bu hücumlar ABŞ-ın İŞİD ilə mübarizəsinin yalan olduğunu sübut etdi. ABŞ son illərdə İŞİD terrorçularına ağlr zrbələr vuran güclərin mövqelərini hədəfə almışdır. Bu hücumlarla Amerika terroruzmə güclü dəstək verdiyini, ölkələrin suverenlik və müstəqilliyinə hörmət etmədiyini göstərdi. Bu dövlət qanunsuz addımların məsuliyyətini qəbul etməlidir.”, -deyə Musəvi əlavə edib.

Musəvi, xarici güclərin bölgədəki varlığının böhran və problemlərə yol açdığını önə çəkərək, Amerika işğalçılığının son verməsinin vacibliyini bildirib.

İranın İraqın suverenliyi və torpaq bütünlüyünü dəstəklədiyini deyən Musəvi, hücum zamanı şəhid olanların ailələrinə başsağlığı verərək, yaralılara Allahdan şəfa diləyib.

Qeyd edək ki,  ABŞ Ordusu İraqda Əl-Ənbar vilayətində “Haşdi Şabi”nin ən güclü briqadası olan “Kataib Hizbullah”ın İraq və Suriyadakı 5 bazasına hücum edib. 

“Haşdi Şabi” sədrinin müavini Mehdi Əl-Mühəndis deyib ki, şəhidlərimiz qanı yerdə qalan deyil.

Xəbəri paylaş

VİDEOLAR