İran ABŞ-ın HƏMAS-la bağlı əsassız iddialarını təkzib edib

İran ABŞ-ın HƏMAS-la bağlı əsassız iddialarını təkzib edib

İran prezidenti İbrahim Rəisi HƏMAS-ın sionist İsrailə qarşı əməliyyatının arxasında İranın olması iddiasını rədd edib.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti həmçinin ABŞ-ın İranın sionist İsrail və HƏMAS arasındakı münaqişəyə qarışmaması ilə bağlı xəbərdarlıqlarına qarşı çıxıb və deyib ki, Vaşinqton öz tövsiyələrinə əməl etmir.

Vaşinqton İrandan İsrail-Fələstin münaqişəsi ilə bağlı heç bir şey etməməsini istəsə də, ABŞ İsrailə geniş dəstək verir və onun çağırışlarını etibarsız hesab edir”, - Reisi bildirib.

İran prezidenti həmçinin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun arxasında ölkəsinin dayandığına dair iddiaları da təkzib edərək deyib:

Fələstində və regionda müqavimət müstəqildir. Onlar öz qərarlarını müstəqil qəbul edirlər və Tehrandan heç bir əmr almırlar".

Xəbəri paylaş

VİDEOLAR