İran İraqın Ənbar vilayətində Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin olduğu Ayn əl-Əsəd hava bazasına atdığı balistik mərmi modellərini paytaxt Tehranda sərgiləyir.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İran 8 yanvarda Amerikanın İraqdakı Ayn əl-Əsəd hava bazasını onlarla mərmi ilə vurmuşdu.
Hücumun 2-ci ilində ABŞ bazasına atılan 700 kilometr mənzilli “Zülfüqar Basir”, 800 kilometr mənzilli “Kıyam” və 1000 kilometr mənzilli “Dezful” balistik mərmiləri İranın paytaxtı Tehrandakı İmam Xumeyni kompleksində nümayişə çıxarılıb.
Xatırladaq ki, Bağdada gedən Kasım Süleymanini aparan maşın 2020-ci il yanvarın 3-ü sübh vaxtı ABŞ ordusuna aid silahlı pilotsuz uçan aparatlarla atəşə tutulmuşdu. Hücumda K.Süleymanı və iranlı zabitlərlə yanaşı, “Haşdi Şabi” başçısının köməkçisi Əbu Mehdi el-Mühəndisinin də aralarında olduğu 5 iraqlı, ümumi isə 10 nəfər şəhid olub. 5 gün sonra – yanvarın 8-də İran İnqilab Mühafizləri Ordusu səhərə yaxın ABŞ-ın İraqın Ənbar vilayətində yerləşən Ayn əl-Əsəd hava bazasını balistik mərmilərlə atəşə tutdu. Bundan sonra 109 ABŞ əsgərinə "beyin travması zədəsi" diaqnozu qoyulmuşdu.