İran: ABŞ çarəsizlikdən sanksiyalar tətbiq edir

İran: ABŞ çarəsizlikdən sanksiyalar tətbiq edir

“ABŞ-ın yeni sanksiyaları legitim deyil”.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O bildirib ki, ABŞ-ın yeni sanksiyalar tətbiq etmək cəhdi Tramp hökumətinin uğursuz maksimum təzyiq siyasətinin davamıdır:

"Bu kimi addımlar çarəsizlikdən atılır və heç bir legitimliyi yoxdur".

S.Xətibzadə deyib ki, ABŞ ictimai rəyi aldatmaq üçün belə əsassız addımlar atır:

"ABŞ özü müxtəlif ölkələrin daxili işinə müdaxilə etmək məsələsində çox qədim keçmişə malikdir. Altı İran vətəndaşına qarşı ABŞ-da seçkilərə müdaxilə ittihamı ilə bağlı sanksiya tətbiq edilməsi çarəsizlikdən atılır və heç bir legitimliyi yoxdur”.

Xəbəri paylaş

VİDEOLAR