Gələn həftə Vyanada İranla nüvə danışıqları başlayır.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Səid Xətibzadə bildirib.
S. Xətibzadə qeyd edib ki, gələn həftə Vyanada Avropa ölkələri ilə danışıqlara başlanılacaq.
“Vyana müzakirələrində bütün diqqətimiz İran xalqının əleyhinə tətbiq olunmuş sanksiyaların ləğvinə yönəlib”, - deyə o vurğulayıb.