İran: ABŞ arsında birbaşa müzakirə aparılmayıb və aparılmır

İran: ABŞ arsında birbaşa müzakirə aparılmayıb və aparılmır

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran XİN sözcüsü  Səid Xətibzadə bu haqda deyib:"Bundan əvvəl aydın bir ittiham olmadan və qanunsuz proseslərlə həbs edilən və hazırda ABŞ həbsxanalarında acınacaqlı vəziyyətdə olan ABŞ-dakı iranlı məhbusların azadlığa buraxılmasının izlənilməsi İran üçün prioritetdir və biz daima bu məsələni izləyirik".

"ABŞ-ın yeni rəhbərliyinin hakimiyyətə gəlməsindən sonra İsveçrə səfirliyi və bəzi ölkələrin Xarici İşlər Nazirliklərindən məsələni izləməyə hazır olduqlarına dair mesajlar aldıq", - Xətibzadə əlavə edib.

İran XİN sözcüsü sonra deyib: "İranın Xarici İşlər Nazirliyi də həmin vasitə ilə bildirdi ki, bizim siyasətimiz iranlı məhbusların azadlığa buraxılmasıdır, lakin hər hansı birbaşa müzakirə olmayıb və bu barədə yayılan xəbərlər kökündən səhvdir".

Xəbəri paylaş

VİDEOLAR