İran ABŞ-a xəbərdarlıq edib

İran ABŞ-a xəbərdarlıq edib

İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani Amerikanın Qırmızı dənizdə 40 ölkənin iştirakı ilə beynəlxalq dəniz qüvvələri yaratmaq səyinə cavab olaraq ABŞ-ın dəstəklədiyi çoxmillətli əməliyyat qrupunun “fövqəladə problemlərlə” üzləşəcəyi barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, ötən həftə ABŞ Yəmənin Ənsarullah Hərəkatının Qırmızı dənizdəki gəmilərə hücumlarından sonra digər ölkələrlə xüsusi qrup yaratmaq üçün danışıqlar apardığını açıqlamışdı.

Aştiyani bu məsələni dəyərləndirərkən deyib: “Belə bir məntiqsiz hərəkət etsələr, fövqəladə problemlərlə üzləşəcəklər. Bizim dominantlıq etdiyimiz bölgədə heç kim belə bir gediş edə bilməz.

Region növbəti güc toqquşmalarını davam etdirəcək vəziyyətdə deyil. Məncə, onlar belə bir şeyə cəhd edə bilməzlər”.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan keçən həftə jurnalistlərə bildirib ki, Vaşinqton Qırmızı dənizdə gəmilərin təhlükəsiz keçməsini təmin etmək üçün “digər ölkələr”lə dəniz işçi qrupunun yaradılması ilə bağlı danışıqlar aparır, lakin əlavə təfərrüatlar açıqlamayıb.

Xəbəri paylaş

VİDEOLAR