İran: 4 ayda Əfqanıstandan 800 min miqrant gəlib

İran: 4 ayda Əfqanıstandan 800 min miqrant gəlib

Son 4 ayda Əfqanıstandan İrana 800 min miqrant gəlib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan norveçli həmkarı Anniken Hyuitfeld ilə keçirdiyi telefon danışığı zamanı bildirib.

İranlı nazir deyib ki, soyuqların başlaması ilə İrana gələn əfqanıstanlı miqrantların sayı da artıb.

"İran sərhədinə hər gün 5 min əfqanıstanlı gəlir. Son 4 ayda Əfqanıstandan İrana 800 min miqrant gəlib. Biz Əfqanıstanın daxilində məskənsiz qalmış insanlara yardım etmək üçün bütün səyləri göstəririk", - deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR