İran 36 mindən çox məhbusu müvəqqəti azadlığa buraxdı

İran 36 mindən çox məhbusu müvəqqəti azadlığa buraxdı

İran hakimiyyəti 36 minə yaxın məhbusu müvəqqəti azadlığa buraxıb.

 Rasthaber Azərbaycan İRİNN-ə istinadən xəbər verir ki, İran hakimiyyəti 36 minə yaxın məhbusu müvəqqəti azadlığa buraxıb.

Bu addım həbsxanalarda koronavirus infeksiyasının yayılması ilə mübarizə proqramınin yeni mərhələsi çərçivəsində atılıb.

İran Həbsxanalar Təşkilatının başçısı Mehdi Hacı Məhəmmədi bildirib ki, azad edilən 36 283 nəfər arasında həm yeni məhbuslar, həm də koronavirusa görə azadlıqda olma müddəti uzalınan məhbuslar da var.

Qeyd edək ki, ən son məlumatlara əasən, İranda indiyədək 276,2 mindən çox yoluxma, 14,4 minə yaxın da ölüm qeydə alınıb. Yoluxanlar arasından 240 mindən çox insan artıq sağalıb.

Xəbəri paylaş

VİDEOLAR