İran 3 ölkənin səfirlərini Xarici İşlər Nazirliyinə çağırdı

İran 3 ölkənin səfirlərini Xarici İşlər Nazirliyinə çağırdı

İran Xarici İşlər Nazirliyi 14 aprel 2024-cü il tarixli bəyanatında İngiltərə, Fransa və Almaniyanın Tehran səfirlərini Xarici İşlər Nazirliyinə çağırdığını bildirib.

Az.rasthaber.com xəbər verirki, İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamaya görə, İngiltərə səfiri Saymon Şerklif, Fransa səfiri Nikola Reş və Almaniya səfiri Hans Udo Muzelin müxtəlif vaxtlarda Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.

Bəyanatda səfirlərə işğalçı İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu xatırladılıb və "ölkələrinin İsrailin bu təşəbbüslərinə məsuliyyətsiz münasibət sərgilədikləri" bildirilib.

İranın İsrail rejiminə qarşı dünənki hücumunun Birləşmiş Millətlər Təşkilatının (BMT) normaları çərçivəsində özünümüdafiə çərçivəsində həyata keçirildiyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR