İran 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edib

İran 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edib

İran turizmi canlandırmaq üçün fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Əli Rza Bigdeli verdiyi açıqlamada bəzi ölkələrin vətəndaşlarının İrana turizm səfərləri üçün birtərəfli vizadan azad edilməsi ilə bağlı göstərişin müvafiq qurumlara çatdırıldığını bildirib.

Bigdeli viza azadlığının Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Hindistan, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcəyini bildirib.

İran rəsmisi bəyan edib ki, 28 ölkədən Hindistan vətəndaşları vizaya ehtiyac olmadan hava yolu ilə İrana daxil ola bilərlər və onlar quru sərhədlərindən keçmək üçün viza almalı olacaqlar.

Bigdeli deyib: "Buna uyğun olaraq, turizm məqsədi ilə İrana səfər edən bu 28 ölkənin vətəndaşlarının 15 Behman 1402 (4 fevral 2024) tarixindən etibarən İrana səyahət etmək üçün vizaya ehtiyacı olmayacaq".

Xəbəri paylaş

VİDEOLAR