İran 15 ABŞ rəsmisinə sanksiya tətbiq edib

İran 15 ABŞ rəsmisinə sanksiya tətbiq edib

“ABŞ-ın 15 rəsmisinə qarşı terror addımları ilə bağlı sanksiya tətbiq edilir.”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat verib.

İranın XiN-in bəyanatında deyilir: “15 ABŞ rəsmisi terror aktları, terrorizmin təbliği və dəstəklənməsi, eləcə də insan haqlarının kobud şəkildə pozulmasına görə ölkəmiz tərəfindən sanksiyaya məruz qalıb”.

Bu bəyanatın bir hissəsində deyilir:

“ABŞ-ın İran İslam Respublikasının xalqına və hökumətinə qarşı birtərəfli hərəkətləri, ABŞ-ın iranlılara ağır həyat şəraiti tətbiq etmək, o cümlədən onların dərman, xidmət və tibbi avadanlıqlara çıxışını qadağan etmək, xüsusən də Covid-19 pandemiyası kontekstində dərman peraparatlarının satın alınmasına maneə yaratması milyonlarla iranlının həyatını təhlükə altına atmış, onların iqtisadi və sosial hüquqlarından istifadə etmələrinə mənfi təsir göstərmişdir. Bu cür hərəkətlər beynəlxalq hüququn fundamental prinsiplərinin və fundamental insan hüquqlarının açıq şəkildə pozulmasıdır və insanlığa qarşı cinayətin bariz nümunəsidir. Həmçinin terror aktlarının planlaşdırılması, istiqamətləndirilməsi və dəstəklənməsi, maliyyə və maddi təminat, o cümlədən silah və kəşfiyyat, terrorçu qrupların hazırlanması, təşkili və bu qruplara digər növ dəstəyin göstərilməsi beynəlxalq hüququn və öhdəliklərin pozulmasıdır.”

İranın hədəfə aldığı bu şəxslərin böyük əksəriyyəti Donald Tramp dövründə Dövlət Katibliyində işləmiş rəsmilərdir.

Xəbəri paylaş

VİDEOLAR