Hadisə şirkətin Hindistandakı həmkarlıq etdiyi zavodunda baş verib
Rasthaber Azərbaycan "Newsflare”-yə istinadən xəbər verir ki, Hindistanda işçilər iğtişaş törədərək “Apple”-nin “iPhone” istehsalı zavodunu tar-mar ediblər.
İnsident Karnataka ştatında Tayvanın “Wistrin Corp” şirkətinə məxsus zavodun qarşısında baş verib. Narazı işçilərin sayının minə yaxın olduğu deyilir. Adıçəkilən şirkət “Apple”-nin podratçısıdır. Onun zavodlarında ucuz “iPhone SE” smarfonları istehsal edilir.
Etiraz aksiyası zaman narazı əməkdaşlar maaşlarının yalnız bir hissəsini almaqlarından şikayətləniblər və borcların ödənilməsini tələb ediblər.
Nəticədə azı 1 avtomobilə od vurulub, lakin polislər işçiləri ərazidən qova bilib.
Karnataka: #Violence at iPhone production plant run by Taiwan-based #Wistron Corp at Narasapura (in Kolar district) near #Bengaluru.
— TOI Bengaluru (@TOIBengaluru) December 12, 2020
Employees allege they have not been paid properly. pic.twitter.com/GKbeFeyRKc