İordaniyada güclü zəlzələ baş verdi

İordaniyada güclü zəlzələ baş verdi

İordaniyada cәnubundakı Akabe şәhәrindә 4,6 bal gücündә zәlzәlә qeydә alınıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barәdә İordaniya Rәsәdxanası vә Zәlzәlә Mәrkәzindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, tәbii fәlakәt yerli vaxtla saat 08.05-dә Akabe şәhәrindәn tәxminәn 60 kilometr mәsafәdә baş verib.

Mәlumatda qeyd olunub ki, zәlzәlәnin ocağı yerin 6 kilometr dәrinliyindә yerlәşib.

İordaniya orqanları zәlzәlә nәticәsindә ölәn vә ya xәsarәt alanın olub-olmadığı ilә bağlı açıqlama vermәyib.

Xəbəri paylaş

VİDEOLAR