İordaniyada etiraz və iğtişaşlar fonunda daha üç hərbçi həyatını itirib

İordaniyada etiraz və iğtişaşlar fonunda daha üç hərbçi həyatını itirib

İordaniyada yanacağın qiymətinin qalxması və iğtişaşların baş verməsi fonunda həyata keçirilən əməliyyatda daha üç təhlükəsizlik işçisi həyatını itirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İordaniya Baş Təhlükəsizlik İdarəsi, briqada generalı Əbd ər-Rəzzaq əl-Dələbənin öldürülməsində şübhəli bilinən şəxs və ya şəxslərə qarşı əməliyyat zamanı daha üç üzvünün öldürüldüyünü, beşinin isə yaralandığını açıqlayıb.

Qeyd edək ki, ötən həftənin cümə günü Təhlükəsizlik İdarəsi İordaniyanın cənubundakı Maan əyalətinin polis rəisi polkovnik Əbdül-Rəzzaq Əl-Dələbənin iğtişaşlarlara qarşılıq verərkən başından güllə yarası alaraq öldüyünü açıqlamışd.

Həmin zaman İordaniya kralı II Abdullah silah çəkənlərə qarşı lazımi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdi.

Ölkədə etiraz və iğtişaşlar yanacağın qiymətinin artırılmasından sonra baş verib.

Xəbəri paylaş

VİDEOLAR