İordaniya kralı yanacağın bahalaşması ilə bağlı etiraz və iğtişaşlara münasibət bidlirib

İordaniya kralı yanacağın bahalaşması ilə bağlı etiraz və iğtişaşlara münasibət bidlirib

“Dövlətə qarşı silaha sarılan, ictimai əmlaka zərər vuran hər kəsə qarşı sərt tədbirlər görüləcək və cinayətkar öz cəzasını alana qədər sakit qalmayacağıq.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İordaniyanın kralı II Abdullah ölkədə yanacağın bahalaşması ardından baş verən etiraz və iğtişaşlara münasibət bildirərkən deyib.

II Abdullah ölkənin cənubundakı iğtişaşlarda təhlükəsizlik qüvvələrindən ölən və yaralananların olmasına işarə edərək bildirib ki, dövlətə silah çəkənlər və ümumi əmlaka ziyan vuranlar cəzalandırılacaqlar.

"Biz vətənin və vətəndaşın təhlükəsizliyi üçün ayıq-sayıq olan təhlükəsizlik xidmətlərimizin üzvlərinə qarşı təhqir və ya hücumları qəbul etməyəcəyik", deyə kral bildirib.

Qeyd edək ki, ölkədə yanacağın bahalaşmasından sonra ən kütləvi etirazlar və şiddətli toqquşmalar Maan və Hüseyniyyə bölgəsində qeydə alınıb. Burada bir yüksək rütbəli zabit güllə yarasından həlak olub.

Xəbəri paylaş

VİDEOLAR