İordaniya kralı Netanyahuya cavab verib

İordaniya kralı Netanyahuya cavab verib

İkinci Abdullah, Benyamin Netanyahunun işğal altında olan Fələstin ərazilərində yeni yəhudi yaşayış massivlərinin salınması ilə bağlı vədlərinə münasibət bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İordaniya kralı İkini Abdullah CNN-ə verdiyi müsahibədə işğal altında olan Fələstin ərazilərində üçüncü “intifadə” hərəkatının başlaya biləcəyini deyib.

Benyamin Netanyahunun işğal altında olan Fələstin ərazilərində yeni yəhudi yaşayış massivlərinin salınması ilə bağlı açıqlamasına münasibət bildirən II Abdullah qeyd edib ki, vəziyyət İsrail və Fələstinin əleyhinə işləyən həddə gəlib çata bilər.

Qeyd edək ki, Netanyahunun yeni İsrail hökumətini sağcı və radikal dini partiyalarla birgə formalaşdırması regionda, Qərb ölkələrində, hətta İsrailin daxilində də narahatlıqla qarşılanıb.

Xəbəri paylaş

VİDEOLAR