İordaniya səfirinin Qüdsdə əl-Əqsa məscidi kompleksinə buraxılmamasından sonra İsrailin Ammandakı səfiri XİN-ə çağırılıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
Bildirilib ki, İordaniya Xarici İşlər Nazirliyi çərşənbə axşamı İsrailin Ammandakı səfirini, bu ölkə polisinin Təl-Əvivdəki İordaniya səfirinin Əl-Əqsa məscidinə daxil olarkən onun yolunu kəsməsindən sonra XİN-ə çağırıb.
Nazirlik bəyan edib ki, “İsrail səfirinə dərhal hökumətinə çatdırılması üçün sərt ifadəli etiraz notası verilib”.