İordaniya: İsrail bütün qırmızı xətləri keçib!

İordaniya: İsrail bütün qırmızı xətləri keçib!

İordaniyanın xarici işlər naziri Ayman Safadi İordaniyanın rəsmi televiziya kanalına sionist İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, Ayman Safadi deyib:

Fələstinin gələcəyi daha da pis olacaq. Çünki biz bütün qırmızı xətləri aşan və heç bir beynəlxalq hüququ toxunulmaz qoymayan İsrail hökuməti ilə qarşı-qarşıyayıq.

İsrail Qəzzada vəhşi müharibəsini davam etdirir və bu müharibəni artıq heç bir mənası olmayan ritorika ilə ört-basdır etməyə çalışır. İordaniya da İsrailin yalançı hekayələrini ifşa etmək üçün səylərini davam etdirir".

Münaqişəni HƏMAS-ın yaratmadığını, əksinə münaqişənin HƏMAS-ın mövcud olmasına səbəb olduğunu bildirən Safedi deyib:

“Həmas basqını məhrumiyyətlərin, hüquqların tapdalanmasının, namus və işğalın davam etdiyi bir mühitdə baş verdi”.

Xəbəri paylaş

VİDEOLAR