İordan çayının qərb sahilində toqquşmalar davam edir; Onlarla fələstinli yaralanıb

İordan çayının qərb sahilində toqquşmalar davam edir; Onlarla fələstinli yaralanıb

Fələstin mənbələri işğal altındakı Qüds, Nablus və Cenin şəhərlərinin şimalında yerləşən Qərbi Səlfit bölgəsində şiddətli qarşıdurmaların baş verdiyini və onlarla Fələstin vətəndaşının yaralandığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Sionist hərbçilərin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri silsiləsi davam edir və onlar öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, fələstinliləri şəhid edir, yaralayır və ya həbs edirlər.

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, Qüdsün Səlfit qəsəbəsində işğalçı İsrail ordusunun açdığı atəş nəticəsində 5 mülki şəxs, yaralanıb. Onlardan ikisi döş qəfəsindən güllə yarası alıb ki, vəziyyətləri ağırdır.  

Səlfit Dövlət Xəstəxanasının müdiri "Məhəmməd Əl-Rəmhi" güllə yarası alan beş nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

O, əlavə edib ki, yaralılardan ikisi ayağından, biri isə çiynindən güllə yarası alıb.

Toqquşmalar sionist əsgərlərin Cenin şəhidlərinin şəkilləri olan plakatları kənddən yığışdırdıqdan sonra başlayıb.

Həmçinin sionist qəsəbə sakinləri Nablusun cənubundakı Eynabus qəsəbəsinə hücum edərək, bu qəsəbə sakinləri ilə toqquşublar.

Bu elə bir haldadır ki, sionist qəsəbə sakinləri sionist hərbçilərin dəstəyi ilə işğal olunmuş Qüdsün Ümmi Tuba kəndi, Şeyx Cərrah məhəlləsi və Sur Baher kəndinin sakinlərinə hücum ediblər.

Xəbəri paylaş

VİDEOLAR