İordan çayının Qərb sahilində 20 min sionist hərbçi yerləşdirilir

İordan çayının Qərb sahilində 20 min sionist hərbçi yerləşdirilir

Sionist rejim müqavimət döyüşçülərinin əməliyyatında bu rejimin bir zabitinin öldürülməsindən sonra fələstinli qüvvələrdən qorxduğuna görə, öz ordusunu/ həbsləri genişləndirməyə və İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə daxil olmağa hazırlayır.

Az.rasthaber.com xəbər verir ki, Əl-Əqsa şəhidləri batalyonları çərşənbə günü səhər saatlarında bir məlumatda bildirib ki, qərb sahilində yerləşən Cenin şəhərinin şimalındakı Əl-Cəlmə yoxlama-buraxılış məntəqəsinin yaxınlığında sionist rejim hərbçilərinin bir avtomobilinə atəş açıblar. Bu əməliyyat nəticəsində sionist rejimin bir zabiti öldürülüb.

Sionist rejim ordusu etiraf edibdir ki, sentyabr 14-də Əl-Cəlmə bölgəsində bu rejim hərbçilərinin Fələstin müqavimət qrupları ilə toqquşmasında bir sionist zabit öldürülüb.

Bu hadisənin ardınca sionist rejimin 13-cü televiziya kanalı da xəbər verib ki, İsrail rejiminin ordusu qərb sahilinin şimal bölgələrində yerləşməyə davam edir və bu ordunun yəhudilərin bayramları arasında qərb sahilinin müxtəlif şəhərlərində özünün təxminən 20 min hərbçisini yerləşdirməsi proqnoz edilir.

Bu sionist medianın məlumatına görə, bu hazır vəziyyət həmin rejimin qarşıdakı seçkilərinə qədər davam edəcək.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. Onlar boş iddialarla fələstinliləri həbs edir, yaralayır və ya şəhid edirlər. Müqavimət qüvvələri əməliyyatlar keçirməklə qəsbkar sionist rejimin cinayətlərinə cavab verirlər.

Xəbəri paylaş

VİDEOLAR