Instagram-dan yeni qadağa

Instagram-dan yeni qadağa

Fecabook-a məxsus olan Instagram tütün məhsullarının reklamına qadağa tətbiq edəcək

Fecabook-a məxsus olan Instagram sosial media platforması influenserlərə tütün məshulları, elektron siqaretlər və silahların reklamına qadağa tətbiq edəcək. Rasthaber Azərbaycan "Voa"ya istinadən xəbər verir. Məlumata görə, Instagram platformasında məhsulların reklam olunması geniş yayılmış bir haldır. Geniş izləyizi kütləsinə malik məşhur şəxslər geyim, qida və s. istehsal edən şirkətlərlə əməkdaşlıq edərək onların məsularını izləyicilərinə tövsiyyə edirlər. Tütün istehsalçıları da britaniyalı müğənni Lily Allen və Oskar mükaffatı qazanmış aktyor Rami Maleklə əməkşalıq edərək onların öz səhifələrində elektron siqaretlərin reklamını etməsini təmin edib.

Lakin Birləşmiş Ştatlarda son vaxtlar yeniyetmələrin geniş şəkildə elektron siqaretdən istifadə etməsi və bu səbədən bir neçə ölüm hallarının baş verməsi bu tip cihazlarla bağlı əlavə araşdırmaların aparılmasına gətirib çıxarıb.

Facebook və Insragram daha öncə şirkətlərin birbaşa öz səhifələrində tütün reklamları yerləşdirmələrinə qadağa qoysa da, şirkətlər influnserlər vasitəsi ilə məhsullarını reklam edə bilirdi.

"Elektron siqaret, silah və tütün məhsulları təbliğ edən məzmunlara icazə verilməyəcək." deyə açıqlama yayan Instagram, qadağanın qarşıdan gələn həftələrdə tətbiq olunacağını bildirib.

Xəbəri paylaş

VİDEOLAR