İnqilab Keşikçiləri: İsrailin bütün nüvə obyektlərinin yerini təyin etmişik

İnqilab Keşikçiləri: İsrailin bütün nüvə obyektlərinin yerini təyin etmişik

İnqilab Keşikçiləri bəyanatla çıxış edib: “Biz İsrailin bütün nüvə obyektlərinin yerini təyin etmişik və Təl-Əvivin İrana hücumu olacağı təqdirdə bu obyektlərə hər an hücum etməyə hazırıq”.

Az.rasthaber.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran qoşunları Təl-Əvivə hücum olacağı təqdirdə İsrailin nüvə obyektlərinə zərbələr endirməyə hazırdır.

Bəyanatda Tehranın İsrail Müdafiə Qüvvələrinin (IDF) İranın nüvə obyektlərinə qarşı hər cür hücumunu dəf etməyə hazır olduğu vurğulanıb və İnqilab Keşikçiləri Korpusunun İsraildəki bütün bu kimi yerləri müəyyənləşdirdiyi və dərhal cavab hücumuna keçməyə hazır olduğu bildirilib.

“İran İsrailin təhdidinə görə nüvə siyasətinə yenidən baxa bilər”.

İran İnqilabı Keşikçiləri Korpusunun nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan bölmələrinin komandiri İran tərəfinin əvvəllər elan etdiyi nüvə siyasətinə yenidən baxıb ondan kənara çıxa biləcəyini istisna etməyib.

İran komandiri deyib:

“İsrailin İranın nüvə obyektləri ilə bağlı təhdidləri İrana öz bəyan etdiyi nüvə doktrina və siyasətlərini nəzərdən keçirməyə və ondan yayınmağa imkan verir”.

İran administrasiyası bir neçə ildir ki, nüvə silahı hazırlamaq niyyətində olmadığını və atom enerjisinin inkişafının tamamilə dinc xarakter daşıdığını bəyan edir.

Xəbəri paylaş

VİDEOLAR