İngiltərə XİN başçısından iranlı nüvə aliminə qarşı terror aktına reaksiya

İngiltərə XİN başçısından iranlı nüvə aliminə qarşı terror aktına reaksiya

İngiltərənin xarici işlər naziri Möhsin Fəxrizadəyə qarşı sui-qəsdlə bağlı açıqlama verib.

İngiltərənin xarici işlər naziri Dominic Raab iranlı nüvə alimi Möhsin Fəxrizadəyə qarşı sui-qəsdlə bağlı açıqlama verib.
Rasthaber Azərbaycan xəbər verir ki, ingilis nazir Sky News-a müsahibəsində bu haqda danışıb.
O İrandakı vəziyyətdən narahatlığını dilə gətirərək, bölgədəki gərginliklərin azaldığını görmək istədiklərini bildirib.
Baş verən sui-qəsdlə bağlı bütün həqiqətləri geniş şəkildə araşdırılmasını istədiyini bildirən Raab "Mülki vətəndaşların hədəf alınmasına açıq-aşkar qarşı olan beynəlxalq hüquq qanunlarına bağlı qaldığımızı bir daha bəyan edirəm", - deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR