İngiltərə klubunun məşqçisi koronavirusa yoluxdu

İngiltərə klubunun məşqçisi koronavirusa yoluxdu

İngiltərənin "Börnli" futbol komandasının məşqçisi Yan Voan koronavirusa yoluxub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqçilər heyəti və futbolçular COVID-19 testindən ötən həftəsonu keçiblər. Voanın xəstəliyinin simptomsuz yarandığı bildirilir.

Baş məşqçi Şon Dayçın köməkçisi 7 günlük karantinə göndərilib. Lakin o, klub əməkdaşları ilə əlaqə saxlaya biləcək.

Qeyd edək ki, "Börnli" Premyer Liqada 29 oyundan 39 xalla 10-cu pillədə yer alıb. 

Xəbəri paylaş

VİDEOLAR