İngilislərdən biyabırçılıq: 4 yaşlı müsəlman uşaq istintaqa cəlb edildi - SƏBƏB

İngilislərdən biyabırçılıq: 4 yaşlı müsəlman uşaq istintaqa cəlb edildi - SƏBƏB

Böyük Britaniyada “Prevent” dövlət anti-terror proqramı qalmaqalla gündəmə gəlib.

Rasthaber Azərbaycan “ArabNews”a istinadla xəbər verir ki, buna səbəb 4 yaşlı uşağın istintaqa cəlb edilməsidir.

Məsələ burasındadır ki, uşaq bağçasına gedən azyaşlı oğlan əlavə məşğələ zamanı “atasının damındakı top və bombalar”dan söz açıb. Tərbiyəçilər dərhal bu məlumatı hüquq mühafizə orqanlarına çatdırıblar və polislər uşağın yaşadığı ünvana gəliblər.

Məlum olub ki, bir gün əvvəl uşaq atası və dayısı oğlu ilə “Fortnite” video oyunu ilə vaxt keçirib. Bu oyunda isə uşaqlar müxtəlif növ silahları toplayırlar.

“Bu sadəcə xəyalları olan kiçik oğlan uşağıdır. Məncə bu sözləri ağdərili söyləsəydi, onlar heç zaman belə tədbirlərə əl atmazdılar”, – uşağın anası deyib.

Hökumətin yaydığı məlumatlara əsasən, 2016-2019-cu illərdə sözügedən proqram çərçivəsində 6 yaşına çatmamış 624 uşaq istintaqa cəlb edilib. Hüquq müdafiəçilərinin belə addımların absurdluğu haqqında rəyləri hələlik heç bir nəticə vermir.

Xəbəri paylaş

VİDEOLAR