İngilis sosioloq: İrandakı iğtişaşlarda xarici terror təşkilatlarının əli var

İngilis sosioloq: İrandakı iğtişaşlarda xarici terror təşkilatlarının əli var

Britaniyalı sosioloq hesab edir ki, son zamanlar İranda baş verən hadisələrin arxasında dünyada iğtişaşlar törətmək və siyasi sistemləri devirmək keçmişi olan və öz maraqları naminə insanların hisslərini qızışdıran xarici terror təşkilatları var.

Az.rasthaber.com xəbər verir ki, "David Miller" İRNA-ya verdiyi müsahibədə deyib: "Məncə, burada əsas məqam nümayişlərin Məhsa Əmini adlı kürd qızın ölümü ilə bağlı yanlış rəvayətlə əlaqələndirilməsidir. İddiaya görə, o, polis maşınında döyülərkən başına dəyən zərbə nəticəsində dünyasını dəyişib. Amma mənim fikrimcə, bu məsələlərin bir-biri ilə əlaqəsi yoxdur və bu hadisələr əvvəlcədən planlaşdırılmışdı və geosiyasi maraqları olan ABŞ, sionistlər və Xalq Mücahidləri kimi terror qrupları tərəfindən təşkil edilib".

Miller deyib: "Əgər bu nümayişlər qadın hüquqlarına görə və ya məcburi hicaba qarşı bir reaksiya olsaydı, polis qüvvələrinin öldürülməsinə, ictimai əmlakın dağıdılmasına və SEPAH-a qarşı təşkil edilmiş hücumlara səbəb olmazdı. Lakin məncə, bu hadisələr qadın hüquqları ilə bağlı deyil, terror birləşmələrini dəstəkləyən xarici qurumların uydurmasıdır".

Xəbəri paylaş

VİDEOLAR