İndoneziyada 2 tayfa arasında qanlı toqquşma

İndoneziyada 2 tayfa arasında qanlı toqquşma

İndoneziyanın Qərbi Papua əyalətində icma qrupları arasında baş verən qarşıdurma nəticəsində azı 19 nəfər ölüb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi məlumat verib.

Məlumata görə, hadisə Soronq şəhərində iki qrupun toqquşmasından sonra alovlanan gecə klubunda baş verib.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Xəbəri paylaş

VİDEOLAR