BMT-nin yeddi əməkdaşı koronavirus infeksiyasına yoluxma nəticəsində həyatını itirib
BMT-nin yeddi əməkdaşı koronavirus infeksiyasına yoluxma nəticəsində həyatını itirib, 520-si isə hazırda bu virusun daşıyıcısıdır.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik videokonfrans zamanı deyib.
Onun sözlərinə görə, ABŞ-da 147 əməkdaşda yoluxma qeydə alınıb ki, onlardan 78-i Nyu-Yorkdadır. Ölən yeddi nəfərdən biri Nyu-Yorkdakı katibliyin əməkdaşı, biri Ümumdünya Səhiyyə Təşkilatında xidmət göstərirdi, biri isə YUNİSEF-də çalışırdı.