İndi sevinirsiniz, amma sevinciniz ürəyinizdə qalacaq - KÖŞƏ YAZISI

İndi sevinirsiniz, amma sevinciniz ürəyinizdə qalacaq - KÖŞƏ YAZISI

Bu gündən Orta Asiya üzrə analitik, jurnalist Hazim Koralın bəzi yazılarını tərcüm əedib yayımlayacağıq

Bu gün "İndi sevinirsiniz, amma sevinciniz ürəyinizdə qalacaq" başlıqlı yazıda Suriya hadisələri, HTŞ-nin hakimiyyəti ələ keçirməsi, İsrailin Suriyanın ərazilərinə girməsinə səssizlik sərgiləməsi, İran və Hizbullaha qarşı mövqeyi və digər nöqtələrə işarə edilib.

 

İndi sevinirsiniz, amma sevinciniz ürəyinizdə qalacaq

Başlığımız acı olsa da, təhqiramiz bir məzmun daşısa da bir həqiqəti ifadə edir.

 -Siz ilk səhv olaraq, İslama zidd bir cəhdlə, İslam adına inqilab etməyə başladınız. Səhvlə başlayan bir işdən doğru nəticə çıxmaz.

Zahirən uğur qazandığınızı düşünürsünüz, lakin iki məsələdə böyük bir yanlış içindəsiniz. Birincisi, heç bir məzhəbin icazə vermədiyi silahlı üsyanla vətəndaş müharibəsi törədərək bir ölkənin başdan-başa viran olmasına, təxminən 7-8 milyon insanın doğub-böyüdükləri torpaqları tərk etmələrinə və təxminən 1 milyon insanın ölümünə səbəb oldunuz. İkinci böyük səhviniz isə bu üsyanda şeytandan, yəni ABŞ-dan dəstək almağınızdır. Onlar sizi təlimatlandırıb silahlandırdılar. Bunun əvəzi olaraq da Sionist işğal çətəsinə "onları məmnun edəcək üslubda" bəyanatlar və öhdəliklər verirsiniz. Buna görə də biz deyirik ki, HTŞ terror təşkilatının lideri Colaninin və ÖSO (Azad Suriya Ordusu) keçmiş sözçüsü və SMKC (Suriya Milli Qurtuluş Cəbhəsi) sədri Fahd əl-Mısrinin İsrail üçün etdikləri bəyanatlar İslam ümmətinin gözləntilərinə cavab xarakteri daşımır. Bu bəyanatlar əksinə, tam bir xəyal qırıqlığıdır.

Başqa bir xəyal qırıqlığını isə Xarici İşlər Naziri Hakan Fidanın bəyanatında gördük. Fidan, 22 dekabr 2024-cü ildə Dəməşq ziyarətində HTŞ terror təşkilatının lideri Colani ilə keçirdiyi mətbuat konfransında, üç gün ərzində üç Qəzzə böyüklüyündə torpağı işğal etmiş İsrail haqqında bu ifadələri işlədib: "İsrail bölgə təhlükəsizliyini daha çox riskə atmamalıdır." Nə qədər faciəvi, nə qədər aciz bir bəyanat! Bunlar mərhum Ərbakandan heçmi dərs almayıblar? Ərbakan deyirdi ki: "İsrail söz və diplomatiyadan anlamaz, İsrail gücdən anlayar." Bunlar hələ də Ərbakanın sözlərinə zidd olaraq təsirsiz bir dil istifadə edir.

Digər tərəfdən, ABŞ və İsrail əleyhinə bircə kəlmə belə deməyən Colani, Sionist çətənin fasiləsiz işğal girişimləri qarşısında belə deyir: "Biz İsraillə döyüşməyi düşünmürük." və əlavə edərək Sionist çətəyə təminat verir: "Suriya torpaqlarını İsrail əleyhinə hücumlarda istifadə etməyə icazə verməyəcəyik." Bəs İsrailin işğalına "dur" deməyəcəksinizsə, bu inqilabı niyə etmisiniz? Təminatlar bununla bitmir. Dəməşqdə Sionist çətəyə səfirlik açmağı vəd edirlər. Bu vədlər ümmətin (bir hissəsinin) gözləntilərini yarıda qoymaq deyil də nədir? (Qeyd olaraq, "bir hissəsinin" ifadəsini istifadə etdik, çünki digər bir hissə var ki, Fələstin vecinə deyil.)

Hörmətli oxucumuz, həqiqi inqilabla idarə olunan inqilab arasındakı fərqin başa düşülməsi üçün bir nümunə təqdim etmək istəyirik: İran İslam İnqilabı ərəfəsində, yəni inqilabın həyata keçirilməsinə bir-iki ay qalmış, İtalyan jurnalist İmam Xomeyniyə belə bir sual verir: "Əgər inqilabı həyata keçirsəniz, İsraillə münasibətləriniz necə olacaq?" İmam Xomeyni bu suala açıq və kəskin cavab verir: "Biz İsrail adlı bir dövləti tanımırıq. İsrail İslam coğrafiyasına saplanmış bir xəncər kimidir. Onu oradan çıxarıb atmağa çalışacağıq. Fələstin torpaqları dənizdən çaya qədər Fələstinlilərə aiddir."

Kimlərinsə dediyi kimi, "Şiələr taqiyyəçidir" sözündən çıxış edərək deyirik ki, mərhum İmam Xomeyni ABŞ və Qərb ölkələrinə xoş görünmək üçün təqiyyə edə bilərdi, lakin bunu etmədi. İnqilab baş verər-verməz, İsrail konsulluğu bağlanaraq binası fələstinlilərə təhkim edildi. Sonra İnqilab Keşikçiləri Ordusunun tərkibində müstəqil olaraq "Qüds Gücü" adlı hərbi briqda yaradıldı. O gündən bəri "Qüds Gücü" müqavimət cəbhəsi komponentlərini birləşdirərək mübarizəsini davam etdirir. Bu müddətdə İran Fələstin davasına sahib çıxdığı üçün çox böyük itkilər verdi, çoxlu şəhidlər verdi. İran bu müddətdə daim sui-qəsdlərlə üzləşdi, embarqolar səbəbindən çox çətinliklər çəkdi, ölkənin iqtisadiyyatı alt-üst oldu. Buna baxmayaraq, mübarizədən geri çəkilmədi. "Bizə nə Fələstindən" deyənlərə İmam Xomeyni belə cavab verirdi: "Əgər biz ilk qibləmiz olan Məscidül-Əqsaya sahib çıxmayacağıqsa, əgər biz müqəddəs Fələstin torpaqları üçün mübarizə aparmayacağıqsa, bu inqilabı niyə etdik?"

Hörmətli oxucumuz, iki inqilab arasındakı fərqi anlatmağa davam edək

YAZININ DAVAMI

Xəbəri paylaş

VİDEOLAR