Siz ilk səhv olaraq, İslama zidd bir cəhdlə, İslam adına inqilab etməyə başladınız. Səhvlə başlayan bir işdən doğru nəticə çıxmaz.
Zahirən uğur qazandığınızı düşünürsünüz, lakin iki məsələdə böyük bir yanlış içindəsiniz. Birincisi, heç bir məzhəbin icazə vermədiyi silahlı üsyanla vətəndaş müharibəsi törədərək bir ölkənin başdan-başa viran olmasına, təxminən 7-8 milyon insanın doğub-böyüdükləri torpaqları tərk etmələrinə və təxminən 1 milyon insanın ölümünə səbəb oldunuz. İkinci böyük səhviniz isə bu üsyanda şeytandan, yəni ABŞ-dan dəstək almağınızdır. Onlar sizi təlimatlandırıb silahlandırdılar. Bunun əvəzi olaraq da Sionist işğal çətəsinə "onları məmnun edəcək üslubda" bəyanatlar və öhdəliklər verirsiniz. Buna görə də biz deyirik ki, HTŞ terror təşkilatının lideri Colaninin və ÖSO (Azad Suriya Ordusu) keçmiş sözçüsü və SMKC (Suriya Milli Qurtuluş Cəbhəsi) sədri Fahd əl-Mısrinin İsrail üçün etdikləri bəyanatlar İslam ümmətinin gözləntilərinə cavab xarakteri daşımır. Bu bəyanatlar əksinə, tam bir xəyal qırıqlığıdır.
Başqa bir xəyal qırıqlığını isə Xarici İşlər Naziri Hakan Fidanın bəyanatında gördük. Fidan, 22 dekabr 2024-cü ildə Dəməşq ziyarətində HTŞ terror təşkilatının lideri Colani ilə keçirdiyi mətbuat konfransında, üç gün ərzində üç Qəzzə böyüklüyündə torpağı işğal etmiş İsrail haqqında bu ifadələri işlədib: "İsrail bölgə təhlükəsizliyini daha çox riskə atmamalıdır." Nə qədər faciəvi, nə qədər aciz bir bəyanat! Bunlar mərhum Ərbakandan heçmi dərs almayıblar? Ərbakan deyirdi ki: "İsrail söz və diplomatiyadan anlamaz, İsrail gücdən anlayar." Bunlar hələ də Ərbakanın sözlərinə zidd olaraq təsirsiz bir dil istifadə edir.
Digər tərəfdən, ABŞ və İsrail əleyhinə bircə kəlmə belə deməyən Colani, Sionist çətənin fasiləsiz işğal girişimləri qarşısında belə deyir: "Biz İsraillə döyüşməyi düşünmürük." və əlavə edərək Sionist çətəyə təminat verir: "Suriya torpaqlarını İsrail əleyhinə hücumlarda istifadə etməyə icazə verməyəcəyik." Bəs İsrailin işğalına "dur" deməyəcəksinizsə, bu inqilabı niyə etmisiniz? Təminatlar bununla bitmir. Dəməşqdə Sionist çətəyə səfirlik açmağı vəd edirlər. Bu vədlər ümmətin (bir hissəsinin) gözləntilərini yarıda qoymaq deyil də nədir? (Qeyd olaraq, "bir hissəsinin" ifadəsini istifadə etdik, çünki digər bir hissə var ki, Fələstin vecinə deyil.)
Hörmətli oxucumuz, həqiqi inqilabla idarə olunan inqilab arasındakı fərqin başa düşülməsi üçün bir nümunə təqdim etmək istəyirik: İran İslam İnqilabı ərəfəsində, yəni inqilabın həyata keçirilməsinə bir-iki ay qalmış, İtalyan jurnalist İmam Xomeyniyə belə bir sual verir: "Əgər inqilabı həyata keçirsəniz, İsraillə münasibətləriniz necə olacaq?" İmam Xomeyni bu suala açıq və kəskin cavab verir: "Biz İsrail adlı bir dövləti tanımırıq. İsrail İslam coğrafiyasına saplanmış bir xəncər kimidir. Onu oradan çıxarıb atmağa çalışacağıq. Fələstin torpaqları dənizdən çaya qədər Fələstinlilərə aiddir."
Kimlərinsə dediyi kimi, "Şiələr taqiyyəçidir" sözündən çıxış edərək deyirik ki, mərhum İmam Xomeyni ABŞ və Qərb ölkələrinə xoş görünmək üçün təqiyyə edə bilərdi, lakin bunu etmədi. İnqilab baş verər-verməz, İsrail konsulluğu bağlanaraq binası fələstinlilərə təhkim edildi. Sonra İnqilab Keşikçiləri Ordusunun tərkibində müstəqil olaraq "Qüds Gücü" adlı hərbi briqda yaradıldı. O gündən bəri "Qüds Gücü" müqavimət cəbhəsi komponentlərini birləşdirərək mübarizəsini davam etdirir. Bu müddətdə İran Fələstin davasına sahib çıxdığı üçün çox böyük itkilər verdi, çoxlu şəhidlər verdi. İran bu müddətdə daim sui-qəsdlərlə üzləşdi, embarqolar səbəbindən çox çətinliklər çəkdi, ölkənin iqtisadiyyatı alt-üst oldu. Buna baxmayaraq, mübarizədən geri çəkilmədi. "Bizə nə Fələstindən" deyənlərə İmam Xomeyni belə cavab verirdi: "Əgər biz ilk qibləmiz olan Məscidül-Əqsaya sahib çıxmayacağıqsa, əgər biz müqəddəs Fələstin torpaqları üçün mübarizə aparmayacağıqsa, bu inqilabı niyə etdik?"
Hörmətli oxucumuz, iki inqilab arasındakı fərqi anlatmağa davam edək: HTŞ (Heyət Təhrir əş-Şam) lideri Əbu Məhəmməd Colaninin və ÖSO (Azad Suriya Ordusu) keçmiş sözçüsü və SMKC (Suriya Milli Qurtuluş Cəbhəsi) sədri Fahd əl-Mısrinin İsrail üçün etdikləri bəyanatlar onların necə alçaq bir duruş sərgilədiyini, necə aciz bir vəziyyətə düşdüklərini göstərir. O qədər ki, Sionist işğalçılar Qolan təpələrini keçib Dəməşq ətrafına yaxınlaşmış, onlar isə "Biz İsraillə döyüşməyəcəyik, fasiləyə ehtiyacımız var" deyirlər.
Xatırlayaq, 1982-ci ildə Cənubi Livan torpaqları Sionistlər tərəfindən işğal edildikdə, Livanın milli ordusu müqavimət göstərə bilməmişdi. Bunun əksinə, könüllülərdən ibarət Hizbullah işğalçılara qarşı 18 il partizan müharibəsi apardı və Allahın izni ilə Sionistlərə tarixində ilk dəfə məğlubiyyət yaşatdı. Bildirmək istədiyimiz budur ki, Hizbullah, 18 illik mübarizədən sonra, "yorulduq, fasiləyə ehtiyacımız var" demədi, Qəzzalı qardaşlarının köməyinə qaçdı. Qəzzada 2000-2005-ci illər arasında aparılan qətiyyətli mübarizə nəticəsində HƏMAS və Hizbullah həmrəyliyi ilə Sionist rejim 1967-ci ildən bəri işğal etdiyi Qəzzanı tərk etmək məcburiyyətində qaldı.
Qısacası, HTŞ-nin "fasilə" bəhanəsi keçərli deyil. Siz din və müqəddəslik adına Suriyanı ələ keçirdiyinizi söyləyirsiniz, elə isə müqəddəs torpaqlarımızı işğal altında saxlayan Sionist rejimə qarşı bir mövqeyiniz və deyəcəyiniz bir sözünüz yoxdurmu? İndiyədək işğalçı İsrailə bir güllə belə atmadınız, amma digər tərəfdən İraq və Suriyada yalnız qardaş qanı tökdünüz. Təkbirlər gətirərək müsəlmanları qətl etdiniz, müsəlmanları öldürdünüz. İraq və Suriyanı qan gölünə çevirdiniz. Sonrakı müddətdə İraqdan qovuldunuz.
İndi isə Suriyanı ələ keçirdiniz.
Keçmişinizə və fəaliyyət tarixçənizə baxmayan, yaxşı niyyətli/saf müsəlmanların sizdən gözləntiləri var. Halbuki, daha ilk gündən etibarən verdiyiniz bəyanatlarla ümməti böyük bir xəyal qırıqlığına uğratdınız. Bu xəyal qırıqlığı ilə bağlı "Yakın Doğu Haber" portalından alınmış bir neçə pasajı paylaşırıq:
"Azad Suriya Ordusu (ÖSO) keçmiş sözçüsü və Suriya Milli Qurtuluş Cəbhəsi sədri Fahd əl-Mısri, İsrail mərkəzli i24News-ə verdiyi müsahibədə diqqətçəkən açıqlamalar verdi."
"Əl-Mısri, Dəməşqdəki İran səfirliyinin yerində bir İsrail səfirliyi görmək istədiklərini söylədi və Suriyanın yenidən qurulma prosesində İsrailin də iştirak etməsini arzuladıqlarını ifadə etdi."
"Buna baxmayaraq, İsrailin Suriyada davam edən hava hücumlarını 'tarixi bir səhv' olaraq xarakterizə edən əl-Mısri, bu cür hərəkətlərin sülh prosesinə zərər verdiyini qeyd etdi."
"Əl-Mısri, İsrailin Hermon (Şeyx) dağı və Kuneytra ilə bağlı addımlarını 'yanlış və məntiqsiz' olaraq qiymətləndirdi. O, İsrailin bu cür hərəkətlərinin on ildir davam edən sülh səylərinə zərər vurduğunu iddia etdi."
"İsrail ilə Suriya arasında 'ədalətli bir sülh' çağırışı edən əl-Mısri, iki xalqın əməkdaşlıq edərək bir gələcək qura biləcəyinə inandığını söylədi."
"Əl-Mısri, həmçinin Suriyanın yenidən qurulma prosesində İsrailin kənd təsərrüfatı, su və texnologiya kimi sahələrdə töhfə verəcəyinə ümid etdiklərini vurğuladı."
Bu ifadələr Misir, İordaniya və Səudiyyə Ərəbistanı kimi digər ərəb ölkələrinin liderlərinə və ya Mahmud Abbasa aid olsaydı, təəccüblənməzdik. Lakin bu bəyanatlar və baş verənlər Suriyanın da digər ərəb ölkələri kimi bir quruluşa çevriləcəyinə işarə edir.
ABŞ və Sionist çətənin əvvəldən bəri istədiyi də məhz bu idi. Onsuz da, bu səbəblə HTŞ və digər terror təşkilatları ABŞ tərəfindən dəstəklənmiş, təlimatlandırılmış və silahlandırılmışdır.
Əsəd dövrünə baxdığımızda, 22 ərəb ölkəsi arasında Fələstinli döyüşçü qruplara çatdırılmaq üçün İrandan göndərilən silah daşıması - logistik dəstək verən yeganə ölkə Suriya idi. Yenə eyni şəkildə Suriya rejimini digər ərəb ölkələrindən ayıran ən mühüm xüsusiyyət, işğalçı İsraillə nə ticarət, nə də diplomatik münasibətdə olması idi. 22 ərəb ölkəsi arasında Sionist çətənin səfirlik binası olmayan yeganə ölkə Suriya idi.
Bu kontekstdə Əsədlə əməkdaşlıq edənlər İran, Hizbullah, HƏMAS, İslam Cihadı və bir çox fələstinli qruplar idi. Bu qrupların Busra bölgəsində təlim düşərgələri vardı. İrandan gələn hərbi personal bütün avadanlıqları ilə burada təlim keçirdi. HƏMAS-ın indiki lideri Xalid Məşəl Colaniyə zəng edib təbrik etdikdə, bu təlim düşərgələrinin bağlanmaması üçün xahiş etdi. Təəssüf ki, bu xahiş qəbul olunmadı, təlim düşərgələri bağlandı və silahlara əl qoyuldu. Bu yanaşma "ilk dəqiqədə qol vurmaq" deyil də nədir?
Sionist rejim və ABŞ-ın illərdir Əsəddən istədiyi də məhz bu idi. ABŞ, işğalçı İsrail adına Əsədə, "İrandan gələn silah daşınmasını dayandır, fələstinlilərə təhkim etdiyiniz ofisləri və təlim düşərgələrini bağla," deyirdi. ABŞ və Sionist rejimin istəklərini indi Colani həyata keçirir.
Qısacası Əsəd, Fələstin məsələsinə sahib çıxmağın əvəzini çox ağır ödəyib.
Əgər Sionist qruplaşmasının gözləntilərini və ABŞ-ın tələblərini yerinə yetirsəydi, digər ərəb ölkələrinin liderləri kimi baş tacı edilər, taxtına və sarayına toxunulmazdı. Xatırlayaq, qaniçən Netanyahu 7 oktyabrda ərəb liderlərinə müraciət edərək, "Kreslolarınızdan olmaq istəmirsinizsə, səsinizi çıxarmayın," demişdi. Bütün bu vəhşət və qətliamlara baxmayaraq onlar bu sözlərə əməl edib səssiz qaldılar. İslam ümməti baxımından nə qədər alçaldıcı və utandırıcı bir vəziyyətdir, deyilmi? Qəzzada 50 mindən çox insan qətlə yetirilir, (İran və Yəmən istisna olmaqla) ümmətin rəhbərləri bu vəhşəti sakitcə və təhqiramiz bir halda seyr edirlər. Bu cür olmalıydı?
Əsədin devrilməsinin səbəbi başa düşüldü, məncə.
Yoxsa, Əsəd rejiminin digər ərəb rejimlərindən fərqlənməyən totalitar strukturundan danışmırıq. Məsələ hadisənin bu tərəfi deyil, məsələ Əsədin fələstinli müqavimət qruplarına dəstək verməsi idi. Əsəd rejimini digər ərəb rejimlərindən fərqləndirən yeganə xüsusiyyət bu idi. Bu halda soruşmaq istəyirik: Əsədin Sionist rejimə qarşı mövqeyindən və fələstinli döyüşçü qruplara verdiyi dəstəkdən narahat oldunuz ki, vətəndaş müharibəsi başladıb 1 milyona yaxın insanın ölümünə, 7-8 milyon insanın doğulub böyüdüyü torpaqları tərk etməsinə səbəb oldunuz? Bir ölkənin şəhərlərini başdan sona xarabalığa çevirib, infrastrukturunu iqtisadiyyatı ilə birlikdə çökdürdünüz. Bu etdiyiniz uğurdurmu? Suriyalı müsəlmanlardan ibarət milli ordu və təhlükəsizlik qüvvələri sizə 13 il dirəndi.
Uzun müddətdir İdlib bölgəsində qurduğunuz qərargahda sizi ABŞ təlimləndirib silahlandırdı və yenidən qan tökmək üçün böyük hazırlıq içərisində Hələbə doğru yola çıxdınız. Vəziyyəti dəyərləndirən və İranın da tövsiyəsinə uyan Əsəd, qan tökülməməsi üçün müqavimət göstərməkdən əl çəkdi və ölkəsini tərk edib Rusiyaya sığındı.
13 il boyunca qanlar tökərək mübarizə apardığınız Əsəd artıq yoxdur.
İndi Fələstin məsələsində ondan daha yaxşısını edin ki, ümmətin gözləntilərinə cavab verəsiniz. Amma haradadır? Hərəkəti bir kənara qoyaq, etdiyiniz bəyanatlar belə sionist rejim liderlərinin ürəyinə su səpir.
Terror təşkilatı HTŞ; Hələb, Hama və Humsdan sonra ən son Dəməşqi də ələ keçirdikdən sonra sionist qruplaşma lideri Benyamin Netanyahu mikrofon qarşısına keçərək, "Hadisələrin inkişafından çox məmnunuq, ortaq düşmənlərimiz bir-bir aradan qaldırılır," dedi.
Əlbəttə ki, "Ortaq düşmənlər ortaq dostluqları da bərabərində gətirir."
Ancaq mənzərəyə baxdıqda işğalçı İsrailin qalib gəldiyi görünür. HTŞ-ni isə zillət gözləyir. Kaş ki, yanılardıq!
Baxın, İsrail Suriyada irəliləyərkən Colanidən diqqətçəkən bir açıqlama gəldi. The Times-a verdiyi müsahibədə Colani belə deyir:
"İsrailin Suriyaya müdaxiləsinin səbəbi İran və Hizbullah idi. Onlar artıq yoxdur, buna görə də səbəb aradan qalxıb."
Colani bəy, sizcə işğalçı İsrail sizin bu sözlərinizi nəzərə alıb, dərhal işğal etdiyi yerləri tərk edəcək?
İşin maraqlı tərəfi, Colani digər ərəb ölkələrinin liderləri kimi bütün bəyanatlarında düşmənin gözləntiləri istiqamətində "sədaqət və təslimiyyət" ifadə edən bir üslubla diplomatik dil istifadə edir.
Yuxarıda bir nümunə vermişdik, fürsət düşmüşkən yenidən qeyd edək:
"Suriya torpaqlarının İsrailə hücumlarda istifadəsinə icazə verməyəcəyik."
İsrail üç gün ərzində üç Qəzza boyda torpağı işğal edəcək və siz bu sözləri deyəcəksiniz! Bu necə bir ziddiyyət, bu necə bir paradoksdur? Demək istəyirsiniz ki: "İsrail artıq mərhəmət edib bombardmanlardan və işğaldan imtina etsin." Bu necə bir ağılsızlıqdır? İsrail Fələstin torpaqlarına yerləşdiyi gündən bəri nə vaxt işğal və qətliamlardan əl çəkib? Ekspansionist siyasətini nə vaxt tərk edib? O halda, bu təslimçi davranışlarınız nədir?
Sual verək: Hazırda İran və Hizbullah Suriyada yoxdur, bəs İsrail niyə işğal və bombardmanlarına davam edir? Demək ki, sözügedən bəhanə sadəcə bir pərdə imiş. Onsuz da İsrailin indiyə qədər Suriyaya girməyə cəsarət etməməsinin yeganə səbəbi İranın və Hizbullahın oradakı mövcudluğu idi. Əsəd 13 il dözdü və təslim olub getdi. Belə olduqda İran və Hizbullah sahədən çəkildi və meydan sizə qaldı. Heç bir müqavimətlə üzləşmədən Hələb, Hama, Homs və ardından Dəməşqə girdiniz. İndi fəth sevincini yaşayırsınız. Halbuki, Qolan Təpələrindən bu yana baş verən hadisələrə baxanda fəth yox, məğlubiyyət görünür. Sionist rejim bölgədəki bəndlərə və su mənbələrinə yiyələnib Dəməşqin ətrafına qədər gəlib çatıb. Ətrafdakı kənd və qəsəbələr silah gücü ilə boşaldılır. Yük maşınları ilə dolu sursatları da ələ keçiriblər. Yeni işğal etdikləri bölgələrdə xəritə mütəxəssislərini gətirərək kadastr işləri aparmağa və yeni məskənlər qurmağa başladılar. Heç bir maneə ilə üzləşmədən işğal etdikləri torpaqlarda nümayiş keçirən bu şəxslər əllərindəki xəritə və planları kameraya göstərərək deyirlər:
"Buralar bizim işğal olunmuş əbədi yurdumuz idi, geri aldıq. Yeni yaşayış binaları quraraq xalqımızı burada yerləşdirəcəyik."
Başqa sözlə desək, addım-addım "Arz-ı Mevud"a (Vəd edilmiş torpaqlar - , yəhudi dini inancına və bəzi sionist ideologiyalara görə Tanrı tərəfindən İbrahim peyğəmbərə və onun nəslinə vəd edilmiş torpaqlardır.) doğru irəliləyirlər. Siz zəfər sərxoşluğu içindəsiniz, amma sionistlər sizə qədər gəlib çatıb, xəbəriniz yoxdur. Siz ABŞ və sionist rejim tərəfindən istifadə olunmusunuz və olunmağa davam edirsiniz.
Sizin sayənizdə İsrailə belə bir meydan açılmış oldu. Onsuz da ABŞ-ın sizi öyrədib silahlandırmasının və oraya yerləşdirməsinin əvəzində İsrailin etdiklərinə göz yummaq şərti vardı. Bu təminatı işin əvvəlində vermişdiniz.
İşğalçı İsrail sizin sayənizdə ələ keçirdiyi torpaqları 20 faiz böyüdübsə, bu həm sizin, həm də ümmət üçün məğlubiyyətdən başqa bir şey deyil.
Nəticə etibarilə, Suriyadakı hadisələri analitik olaraq geniş şəkildə araşdıran hər ağıllı insan bu acı mənzərəni görəcəkdir.