İsrailə qarşı sərt çıxışları ilə yaddan qalan sabiq Pakistan baş naziri İmran Xanın tərəfdarları etirazlara başlayıb.
Etiraz aksiyaları ölkənin iri şəhərləri olan İslamabad, Pişəvər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və digər yerlərdə keçirilir.
Qeyd edək ki, Pakistan baş naziri ölkəyə başçılıq etdiyi dönəmlərdə işğalçı İsrail rejimi və Amerikaya qarşı sərt çıxışları ilə daim gündəmdə olub. Fələstin və dünya xalqlarına qarşı cinayətlərinə görə İsraili cinayətkar rejim adlandıran İmran Xanın məhz ABŞ və İsrailin sifarişi ilə tutduğu vəzifədən uzaqlaşdırıldığı və daha sonra həbs edildiyi bildirilir.