İmran Xan: Hakimiyyətdən uzaqlaşdırılmağıma ABŞ səbəb oldu

İmran Xan: Hakimiyyətdən uzaqlaşdırılmağıma ABŞ səbəb oldu

İmran Xan Vaşinqtonun hakimiyyətdən uzaqlaşdırılmasında əsas rol oynadığını bəyan edib.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan, onun hakimiyyətdən uzaqlaşdırılmasında Vaşinqton əsas rol oynadığını bildirib.

Vəzifəsindən uzaqlaşmayacağı təqdirdə, hökumətində meydana gələcək nəticələr ilə təhdid edildiyini vurğulayan İmran Xan deyib:

"Son 40 ildə bizim rəhbərliyimiz ABŞ-ın bizdən tələb etdiyi hər şeyə boyun əydi".

ABŞ-ı növbəti dəfə ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edən keçmiş Baş nazir, Vaşinqtondakı səfirinin aprel ayında, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Ludan diplomatik mesaj aldığını və Xanın Pakistanın baş naziri kimi hakimiyyətdə qalacağı təqdirdə, hökumətinin "mənfi nəticələrlə" üzləşəcəyi ilə bağlı təhdid edildiyini bildirib.

İmran Xanın açıqlamalarına görə, ABŞ rəsmisi Lu səfiri əmin edib ki, “İmran Xan vəzifədən uzaqlaşdırılarsa, hər şey bağışlanacaq”.

Xan həmçinin qeyd edib ki, onun Əfqanıstandakı müharibəni pisləməsi Vaşinqtonu onu hakimiyyətdən uzaqlaşdırmaq planını həyata keçirməyə vadar edən əsas amillərdən biridir. 

Qeyd edək ki, 2018-ci ildə hakimiyyətə gələn İmran Xan, keçən ay parlamentdə etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılana qədər, Pakistanın baş naziri vəzifəsini icra edib.

Xəbəri paylaş

VİDEOLAR