İmran Xan erkən seçkilərin keçirilməsini tələb edib

İmran Xan erkən seçkilərin keçirilməsini tələb edib

Pakistanın keçmiş baş naziri İmran Xan bazar günü ölkənin ən sıx məskunlaşma əyalət olan Pəncabda keçirilən seçkilərdə partiyasının yerli parlamentdə üstünlük təşkil etməsindən sonra növbəti dəfə erkən seçkilərin keçirilməsini tələb edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Pəncabdakı əyalət seçkilərində İmran Xanın “İnsaf” partiyası 20 kürsüdən 15-ni əldə edib. Bu seçkilər, apreldə hökuməti etimadsızlıq səsverməsi ilə buraxılmış sabiq baş nazirin yenu uğurunu göstərir.

İmran Xan bundan sonra yenidən hökuməti erkən seçkilərə çağırıb.

Xan bazar ertəsi Pəncabda nəticələr açıqlandıqdan sonra tvitter səhifəsində yazıb: "Daha irəli getməyin yeganə yolu azad və şəffaf seçkilər keçirməkdir. İstənilən başqa yol daha çox siyasi qeyri-müəyyənliyə və daha çox iqtisadi xaosa səbəb olacaq."

Qeyd edəl Pakistanın keçmiş baş naziri hakimiyyətdən getdikdən sonra milyonlarla insanı cəlb edən mitinqlər təşkil edib. O bu mitinqlərdəki çıxışlarında hazırki hökumətin ABŞ-ın planları ilə iş başına keçdiyini deyib.

Xəbəri paylaş

VİDEOLAR