"İmam Xomeyni Qüds Gününü elan etməklə dünyada böyük dönüş nöqtəsi yaratdı"

Livan Hizbullah Hərəkatının baş katibinin müavini müqavimətin Fələstini müdafiə etməyə hazır olduğunu vurğulayaraq, Qüds Gününün elan olunmasını dünyada mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim, Ümumdünya Qüds Günü münasibəti ilə keçirilən "Fələstin; torpaqların və güc və zəfər bərabərliyinin birləşdirilməsi" adlı siyasi toplantıda etdiyi çıxışında, İmam Xomeyninin Qüdsün azadlıqsevər xalq hərəkatlarının başlanğıc nöqtəsi olması üçün Ümumdünya Qüds Günü adlandırması etdiyini bildirib.
Şeyx Qasim bəyanatının davamında, sionist düşmənlə münasibətlərin normallaşdırılmasının böyük bir xəyanət olduğunu, müqaviməti rədd etmək və ya ona qarşı çıxmağın İsrailin tələblərinə boyun əymək demək olduğunu vurğulayıb.
O, bildirib ki, İran Fələstinə dəstək verməklə mübarizəyə necə başlamaq, qeyri-bərabərlikləri necə dəyişdirmək və bu bərabərliklərdə fələstinlilərə necə dəstək vermək lazım olduğunu göstərib.
Şeyx Nəim Qasim daha sonra əlavə edib:
"Fələstin sadəcə bir torpaq parçası deyil, qlobal humanitar məsələdir və İmam Xomeyni (r.ə) Qüds Gününü elan etməklə bunu sübut edib".

Xəbəri paylaş

VİDEOLAR