İmam Hüseyn (ə) hərəmində cümə xütbəsinin ikinci hissəsinin oxunması dayandırılıb

İmam Hüseyn (ə) hərəmində cümə xütbəsinin ikinci hissəsinin oxunması dayandırılıb

Kərbəlada ötən həftədən etibarən cümə namazının ikinci xütbəsinin oxunması dayandırılıb.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) hərəminin imam cüməsi Seyid Əhməd Əs-Safi cümə xütbəsinin iki hissədən ibarət olduğunu deyib. Bu xütbənin ikinci hissəsi ictimai və siyasi məsələlər barədədir. Onun sözlərinə görə, bu xütbənin mövzusu, bəzən isə məzmunu Ayətullah Sistani tərəfindən yazılır. Daha sonra moizənin mətni müvafiq orqana göndərilir.

Seyid Safi bildirib:

"Seyid Əli Sistaninin yazdığı moizələr sadəcə cümə günündə çıxış etmək üçün deyil, eyni zamanda insanların həyatında təsirli olmaq üçün yazılır. Lakin, bəzi şəxslər ali orqanın tövsiyələrinə əməl etmir və xütbədə əlavələr edirlər".

Seyid Safi vurğulayıb ki, Kərbəlada cümə namazının ikinci xütbəsinin bərpası ilə bağlı hələlik heç bir qərar verilməyib.

Qeyd edək ki, İmam Hüseyn (ə) hərəmində qılınan cümə namazının ikinci xütbəsi Seyid Əhməd Əl-Safi və Şeyx Əbdül-Mehdi əl-Kərbəlai tərəfindən oxunan həssas siyasi məsələlər, islahatlar və ictimai göstərişlərdən ibarətdir.

Xəbəri paylaş

VİDEOLAR