İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi

İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

 Rasthaber xəbər verir ki, Azərbaycan Prezidenti görüş zamanı İran şirkətlərini Qarabağa dəvət edib.

"Müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.

Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində, əlbəttə ki, prioritetlər sırasında olacaq.

Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir.", - İlham Əliyev deyib.

Xəbəri paylaş

VİDEOLAR