İlahiyyatçı İlqar İbrahimoğlu dindirildikdən sonra sərbəst buraxılıb

İlahiyyatçı İlqar İbrahimoğlu dindirildikdən sonra sərbəst buraxılıb

Bu barədə İbrahimoğlunun özü facebook səhifəsində canlı yayımda bildirib.

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun güc strukturlarının birində bir neçə saat şahid qismində dindirildikdən sonra oktyabrın 20-də gecə saat 2 radələrində sərbəst buraxılıb.

Bu barədə İbrahimoğlunun özü facebook səhifəsində canlı yayımda bildirib.

“Mən hazırda sərbəstəm. Məni gəlib evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavb vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam,” o qeyd edib.

İbrahimoğlu həmçinin telefonuna bir neçə gün əlçatımlığı olmayacağını və bu səbəbdən ona telefon və sosial şəbəkələr vasitəsi ilə müraciət edilməməsini xahiş edib.

Bununla yanaşı, İlqar İbrahimoğlu hansı cinayət işi üzrə dindirilməsi və dindirilmənin detalları barədə məlumat verməyib. O həmçinin yenidən dindirilmə üçün dəvət edilib-edilməyəcəyini də deməyib.

Xəbəri paylaş

VİDEOLAR