İkiüzlü ABŞ sionist İsrailə silah-sursat göndərməyə davam edir

İkiüzlü ABŞ sionist İsrailə silah-sursat göndərməyə davam edir

Sionist İsrail rejiminin baş nazirlik ofisi bildirib ki, ABŞ-ın İsraildəki səfiri Cek Lyu baş nazir Benyamin Netanyahuya döyüş sursatı və silahların İsrailə çatdırılması prosesində olduğunu deyib.

Az.rasthaber.com xəbər verir ki, qatil İsrail rejiminin baş nazirlik ofisi X sosial media hesabından ABŞ-dan İsrailə silah və sursat göndərilməsi ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilib:

"ABŞ-ın İsraildəki səfiri Cek Lyu dünən baş nazir Netanyahuya bildirib ki, baş nazirin qeyd etdiyi sursat və silahlar İsrailə çatdırılma mərhələsindədir". 

Bəyanatda, həmçinin Netanyahunun təslimatın baş tutmasını gözlədiyi qeyd edilib və İsrail rəsmilərinə amerikalı həmkarları ilə işləməyi tapşırıb.

Netanyahu dünən bəyan edib ki, ABŞ dövlət katibi Entoni Blinken ABŞ administrasiyasının İsrailə bəzi silah və sursatların verilməməsi problemini həll etməyə çalışdığını təsdiqləyib.

ABŞ-ın son aylarda İsrailə silah və sursat verməməsini “ağılsız” adlandıran Netanyahu Blinkenə deyib:

“ABŞ-ın ən yaxın müttəfiqi olan İsrail canı üçün mübarizə aparır, eyni zamanda İrana və digər ümumi düşmənlərimizə qarşı da vuruşur".

Xəbəri paylaş

VİDEOLAR