İki miqrant gəmisi toqquşub: Ölənlər var

İki miqrant gəmisi toqquşub: Ölənlər var

Bildirilir ki, miqrantlar Haitidən olub.

Rasthaber Azərbaycan xəbər verir ki, Karibl dənizindəki Turkas (Turcas) və Kaykos (Caicos) adalarına üzən miqrantlarla dolu iki gəminin toqquşması nəticəsində 7 nəfər boğularaq həyatını itirib.

  Turkas və Kaykosun şimal-qərbindəki Providensiales adası yaxınlığında iki gəmi bərk toqquşunca çevriliblər.

  Dənizə düşən 64 miqrantdan çoxu qurtarılıb, 7 nəfər boğulub.

  Axtarış-xilasetmə işləri davam edir.

  Bildirilir ki, qaçqınlar Haitidən olub.

  Polis qaçmağa çalışan 16 nəfəri nəzarətə götürüb.

Haitililər öz ölkələrindəkir iqtisadi vəziyyət və təhlükəsizlik böhranı üzündən uzun müddətdir bölgədəki zəngin adalara can atır.

Xəbəri paylaş

VİDEOLAR