İkinci Qarabağ müharibəsində itkin düşən daha bir Azərbaycan əsgərinin şəhid olması dəqiqləşib.
Rasthaber Azərbaycan xəbər verir ki, aparılan analiz və araşdırmalar nəticəsində Kürdəmir rayon Ərəbqubalı kəndindən hərbi xidmətə çağırılmış Eminov Nurlan Pərviz oğlunun nəşi müəyyənləşib.
Şəhid Kürdəmir rayonunda dəfn ediləcək. Allah rəhmət eləsin.
Qeyd edək ki, hazırda 50-yə yaxın Azərbaycan hərbçisi itkin sayılır.