Suriya ordusu İdlibə hərbi çatdırılmanı sürətləndirib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Rusiyanın İdlib bölgəsində hava əməliyyatları apardığı bir vaxtda Suriyanın ağır silahlarla bölgəyə hərbçi göndərməsi diqqət çəkib.
Bölgədəki müşahidəçilər Suriya qüvvələrinin Cəbəl əl-Zaviyə bölgəsini nəzarətə götürməyə hazırlaşdığı barədə məlumatı paylaşıblar.
Suriya İnsan Haqları Rəsədxanası Soçi zirvəsindən əvvəl Türkiyə və Rusiya liderləri arasında 5 günlük fasilədən sonra döyüş təyyarələrinin hava əməliyyatlarını bərpa etdiyini açıqlayıb.