İordaniya və Səudiyyə Ərəbistanı vəziyyətin gərginləşəcəyi təqdirdə İran və ya işğalçı İsrailin iki krallığın hava məkanından istifadə etməsinə razılıq verməyəcək.
Bu barədə “Sky News Arabia” ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Vurğulanıb ki, Əmman və Ər-Riyad da iki ölkənin hava məkanına daxil ola biləcək istənilən obyekti vurmağa hazır olduqlarını bəyan ediblər.