İran prezidenti İbrahim Rəisi sionist İsrailin blokada altındakı Qəzza zolağına hücumlarını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyyid İbrahim Rəisi bu gün qatıldığı Nazirlər Şurasının iclasında gündəmlə bağlı açıqlamalar verib.
Rəisi sionist İsrailin blokadada olan Qəzzaya hücumlarını pisləyib və deyib: Sionistlər dünyanın gözü qarşısında insanlığa qarşı cinayətlər törədirlər, bütün beynəlxalq qurumlar və təşkilatlar ayrı-seçkilik etmədən öz vəzifələrini yerinə yetirməlidirlər.
HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də işğal rejiminə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyata başladığını açıqlayıb.