İbrahim Rəisi İndoneziyaya gedir

İbrahim Rəisi İndoneziyaya gedir

İranın İndoneziyadakı səfirliyi Seyid İbrahim Rəisinin sabah Cakartaya səfər edəcəyini açıqlayıb.

Az.rasthaber.com İranın İndoneziyadakı səfirliyinin twitter hesabında edilən paylaşımda İran prezidenti Seyid İbrahim Rəisinin sabah İndoneziyanın paytaxtı Cakartaya səfər edəcəyi açıqlanıb.

İndoneziyanın Ticarət Nazirliyi bir neçə gün əvvəl elan etmişdi ki, Cakarta və Tehran ikitərəfli ticarət sazişi üzrə danışıqların yekun mərhələsini başa vurub.

Nazirlik bəyan etmişdi ki, iki ölkə artıq “İran-İndoneziya İmtiyazlı Ticarət Sazişi” adlanan bu sazişlə bağlı sənədləri imzalaya bilər.

İndoneziya Ticarət Nazirliyinin məlumatına görə, bu müqavilə İran prezidenti Seyid İbrahim Rəisinin Cakartaya səfəri zamanı tərəflər arasında imzalanacaq.

Xəbəri paylaş

VİDEOLAR