İbrahim Rəisi Çində “Fəxri Doktor” adına layiq görülüb

İbrahim Rəisi Çində “Fəxri Doktor” adına layiq görülüb

İran prezidenti İbrahim Rəisi Pekin Universitetinin rektoru Hao Pinq tərəfindən “Fəxri doktor” adına layiq görülüb.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti İbrahim Rəisi müxtəlif təmaslar qurmaq üçün Çin Xalq Respublikasının paytaxtı Pekinə səfər edib.

Pekin Universitetinin rektoru Hao Pinq və universitet rəhbərləri ilə görüşən İbrahim Rəisi universitetin Fars dili və ədəbiyyatı fakültəsində akademiklər və tələbələrlə də söhbət edib.

Səfər zamanı Rəisi İran və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsində, regionda və dünyada sülh və sabitliyin təmin olunmasındakı xidmətlərinə görə Pekin Universiteti tərəfindən “Fəxri Doktor” adına layiq görülüb.

Xəbəri paylaş

VİDEOLAR