HƏYƏCAN: Əfqanıstandakı uşaqlar yazadək sağ çıxmaya bilərlər

HƏYƏCAN: Əfqanıstandakı uşaqlar yazadək sağ çıxmaya bilərlər

Bu barədə BMT, UNICEF-dən bəyan edilib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, təcili uzlaşdırılmış və lazımi şəkildə maliyyələşdirilmiş addımlar atılmazsa, Əfqanıstandakı bir çox uşaq yazadək sağ qala bilməyəcək.

Xroniki aclıq, səhiyyə sisteminin və əhaliyə əsas xidmətlərin işindəki qeyri-müntəzəmlik və digər faktorlar əfqanıstanlı uşaqlar arasında xəstələnmələrin sayının artmasına səbəb ola bilər.

Pandemiya, ölkədəki quraqlıq və misilsiz ərzaq böhranı vəziyyəti daha da pisləşdirir.

Qeyd edilib ki, Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi qorxulu yoluxucu xəstəliklərin yayılması ilə müşahidə edilir.

Balaca əfqanıstanlılar aclıq, qızılca, malyariya və sətəlcəm təhlükələri ilə üz-üzədirlər.

2021-ci ildə uşaqlar arasında 66 mindən çox qızılca halı qeydə alınıb. Həmçinin uşaqların digər təhlükəli xəstəliklərə yoluxması barədə də xəbərlər daxil olur.

Hazırda ölkədə sərt qış hava şəraiti hakimdir, ölkənin bir çox rayonlarında havanın temperaturu 0-dan çox aşağıdır, bu, müvafiq olaraq da pnevmoniya və kəskin respirator xəstəliklərə gətirib çıxarıb. Bir çox əfqanıstanlı ailələr soyuq evlərdə yaşayırlar, onlar evlərini qızdırmaq imkanlarından məhrumdurlar.

Ən təhlükəli vəziyyətdə isə yüksəkdağlıq regionlarda yaşayan uşaqlardır. Onlara təcili surətdə qış paltarları, yorğanlar və qızdırıcı avadanlıqlar lazımdır. Hazırda Əfqanıstanda 5 yaşadək uşaqlar arasındakı ölümlərin 25-30 faizi tənəffüs yollarındakı infeksiyalarla bağlıdır, üstəlik ölümlərin 90 faizi sətəlcəmlə əlaqəlidir.

Xəbəri paylaş

VİDEOLAR