Husi: Düşmən İslam ümmətini məyus etmək məqsədi güdür

Husi: Düşmən İslam ümmətini məyus etmək məqsədi güdür

Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi dünən axşam saatlarında qatıldığı tədbirdə çıxışında gündəmi dəyərləndirib.

Az.rasthaber.com xəbər verir ki, Əbdülməlik əl-Husi Səudiyyə Ərəbistanının Yəmən siyasətini tənqid edərək bildirib:
"Düşmən sanksiyalara əl atmaqla İslam ümmətini zəiflətməyə və ölkəmizi diz çökdürməyə çalışır. Düşmən İslam ümmətini məyus etmək məqsədi güdür. 
Böyük Yəmən xalqı Ər-Riyad rejiminin çoxsaylı qətllərinə və vəhşicəsinə hərbi mühasirəsinə baxmayaraq, Səudiyyə koalisiyasının təcavüzünə qarşı müqavimət göstərdi. Bu gün bütün dünya bu məğlubiyyətə əmindir və bundan danışır. Onların hərəkətləri məğlubiyyət və uğursuzluqla başa çatdı. Səbr və mətanət düşmənə göstərdi ki, onların üsulları nəticə vermir."

Xəbəri paylaş

VİDEOLAR