Humanitar məsələlərə görə döyüşləri dayandırın - Putin

Humanitar məsələlərə görə döyüşləri dayandırın - Putin

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı müraciətlə çıxış edib.

Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı müraciətlə çıxış edib.

O, münaqişə tərəflərin’ humanitar məsələlərə görə döyüşləri dayandırmağa dair çağırış edib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Putin Azərbaycan Prezidenti İlham Əliyev və işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları keçirib.

O, əsirlərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi üçün regionda toqquşmaların dayandırılmasının zəruriliyinə işarə edib.

“Rusiya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə bu məsələlərlə bağlı məsləhətləşmələrin keçirilməsi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri 9 oktyabrda Moskvaya dəvət edilirlər”, – deyə Kremldən bildirilib.

Xəbəri paylaş

VİDEOLAR