Türkiyə ABŞ-ın F-35 qırıcıları və S-400 ZRK sistemlərinin uyğunsuzluğu ilə bağlı narahatlığını aradan qaldırmağa hazırdır.
Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən bildirir ki, bu haqda Türkiyə müdafiə naziri Hulusi Akar bildirib.
“Türkiyənin F-35 proqramından uzaqlaşdırılması təyyarələrin mühüm komponentlərinin istehsalı, istehsal qrafiki və dəyəri ilə bağlı risklərə səbəb olub”, – deyə o qeyd edib.
“Türkiyə təkcə müştəri deyil, həm də (bu) proqramdakı həmkardır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, F-35 proqramının təhlükəsizliyi həm ABŞ, həm də Türkiyə üçün əhəmiyyətlidir.
“Biz ABŞ-ın S-400 və F-35-in texniki mənadakı uyğunsuzluğu ilə bağlı istənilən təlaşını həll etməyə hazırıq”, – deəy o bildirib.
Xatırladaq ki, Türkiyənin Rusiyada S-400 sistemlərini alması, Ankara ilə Vaşinqton arasında gərginliklərə səbəb olub.